Qusardakı yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.
“İki sahil” xəbər verir ki, rayonun Yuxarı Ləyər kəndində KİA markalı minik avtomobilinin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində sərnişinlər; 36 yaşlı Tamilla Ramaldanova və 43 yaşlı Cəmilə Bağırova hadisə yerində ölüblər. Qəza zamanı sürücü, 1962-ci il təvəlludlü Fariza Vladimirovna - Ramaldanova, sərnişinlər; 2022-ci il təvəllüdlü Arman və Adam Qoşqar oğlu Rəhimovlar (əkizlər) və 2017-ci il təvəlludlü Rüstəm Qoşqar oğlu Rəhimov xəsarət alıblar. Yaralılar Qusar rayon Mərkəzi Xəstəxanasına çatıdırılıblar. Qeyd edək ki, qəzaya uğrayanlar Bakı şəhər sakinləridirlər və bir ailənin üzvləridir.
Hadisə ilə bağlı araşdırma aparılır.