14 dekabr 2025 21:46
112

İŞİD-ə qarşı əməliyyat başlayıb

Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri Palmirada Suriya-Amerika patruluna edilən hücuma cavab olaraq Homs əyalətinin və ölkə səhrasının bir neçə ərazisində İŞİD terror qruplaşmasına qarşı əməliyyata başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Əl-İhbariyə" telekanalı xəbər verib. Təhlükəsizlik qüvvələrinin sözçüsü Əli əs-Sufi bildirib ki, əməliyyat Ərəb Respublikasının şərq və cənub-şərq hissələrindəki səhrada gizlənən İŞİD ilə əlaqəli yaraqlılara qarşı yönəlib. "Syria TV" telekanalının məlumatına görə, ABŞ-nin rəhbərlik etdiyi koalisiya atışma hadisəsindən sonra Palmira və onun ətrafında həbs kampaniyası aparır.