14 dekabr 2025 21:39
119

Merts Zelenski və Uitkoffla keçirilən görüşü tərk edib

Almaniya Kansleri Fridrix Merts Ukrayna lideri Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff arasında keçirilən görüşü tərk edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Die Welt" qəzeti məlumat yayıb. Mertsin köməkçisi Günter Sautter danışıqlarda iştirak edir. Kanslerin görüşdən çıxmasının səbəbi açıqlanmayıb.

Tərəflər arasında danışıqlar Berlində keçirilir.