14 dekabr 2025 23:04
90

Kolumbiyada məktəb avtobusu qəzaya uğrayıb, on altı nəfər ölüb, 20 nəfər yaralanıb, 20 nəfər yaralanıb

Kolumbiyanın şimal-qərbindəki Antiokiya departamentində məktəb avtobusunun qəzaya uğraması nəticəsində 16 nəfər ölüb, daha 20 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki,  bu barədə yerli "El Tiempo" qəzeti xəbər verib. Məlumata görə, orta məktəbin bir qrup məzununu daşıyan avtobus naməlum səbəbdən yoldan çıxaraq Remedios bələdiyyəsi ərazisində dərəyə aşıb. Hadisə nəticəsində azı 16 nəfər ölüb, daha 20 nəfər yaralanıb.

Qəzanın səbəbini Yol Təhlükəsizliyi Milli Agentliyi araşdırır. "Hazırda müvafiq orqanlar qəzanın səbəbini müəyyən etmək üçün araşdırma aparır", - qurumun açıqlamasında deyilir.