25 aprel 2026 19:59
126

Qazaxıstan bu il tranzit daşımalarını 55 milyon tona çatdırmağı planlaşdırır

Qazaxıstan bu il tranzit daşımalarını 55 milyon tona çatdırmağı planlaşdırır.

“İki sahil” Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, keçirilən səyyar müşavirədən sonra hökumətin bu hədəfə çatmaq üçün verdiyi göstərişin icrasını təmin etmək üçün tapşırıqlar verilib.

Nazirliyin rəhbərliyi Almatıda əsas tranzit və logistika layihələrini yoxlayıb. Altınkol-Jetigen dəmir yolu hissəsinin modernləşdirilməsi, Almatı stansiyası ətrafında dolama dəmir yolu xəttinin tikintisi, Jetisu terminalı layihəsi və Almatı-1 stansiyasının yenidən qurulması işləri nəzərdən keçirilib.

Müşavirədən sonra layihənin icra müddətlərinin təmin edilməsi və iş tempinin artırılması üzrə tapşırıqlar verilib.