14 dekabr 2025 23:28
95

Tramp Sidneydəki terror aktını şərh edib

ABŞ Prezidenti Donald Tramp Sidneydəki terror aktını və Suriyadakı Amerika hərbçilərinə hücumu şərh edib.

“İki sahil” xəbər verir ki, Ağ Evdə çıxış edən ABŞ lideri Sidneydə çimərlikdəki hücumu dəhşətli hadisə adlandırıb, eyni zamanda atıcının hücumu tamamlamasına mane olan cəsur insana böyük hörmətini ifadə edib. "Avstraliyadakı hücum zamanı çox cəsarətli bir adam təcavüzkarlardan biri ilə döyüşə girdi və bir çox insanın həyatını xilas etdi", - Tramp deyib.

O, həmçinin İŞİD-in Palmirada ABŞ-Suriya patruluna hücumuna da toxunub. "Üç böyük vətənpərvərimiz pis insanlar üzündən həlak oldu. Bunlar Suriya hakimiyyəti deyil, İŞİD idi. Suriya hökuməti bizim tərəfimizdə vuruşdu", - ABŞ Prezidenti deyib.