15 dekabr 2025 08:51
151

Sidneydə terror hücumunu törədənlərin ata və oğul olduqları müəyyən edilib

Sidneydə 16 nəfərin ölümünə və 40 nəfərin yaralanmasına səbəb olan terror hücumunun törədənlərin ata və oğul olduqları müəyyən edilib.

“İki sahil” xəbər verir ki,  Yeni Cənubi Uels ştatının polis komissarı Mal Lenyon bu barədə mətbuat konfransında bildirib. İstintaq məlumatına görə, Bonday çimərliyində hücum edənlər Sidneyin cənub-qərbində yerləşən Bonniriqq rayonunun iki sakini olub. Qeyd edilir ki, 24 yaşlı kişi yaxalanma zamanı ağır yaralanıb, 50 yaşlı atası öldürülüb.

"Hücumda iştirak edənlərdən hər hansı birinin dünənki hadisəni planlaşdırdığına dair heç bir əlamət yoxdur", - Lenyon deyib. O, cinayətkarlardan birinin təxminən 10 ildir lisenziyalı və qanuni odlu silah sahibi olduğunu qeyd edib.