15 dekabr 2025 09:28
86

Safi vilayətində daşqın nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb

Mərakeşin qərbindəki Safi vilayətində daşqın nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə MEDI1TV yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bazar günü Atlantik sahilində yerləşən Safi bölgəsinə güclü yağış yağaraq daşqınlara səbəb olub. "Safi bölgəsinin yerli hakimiyyət orqanları bazar günü bölgəyə yağan yağış nəticəsində baş verən daşqın nəticəsində ölənlərin sayının 21-ə çatdığını bildiriblər", - telekanalın məlumatında bildirilir.

Mərakeş mətbuatı bildirib ki, əyalətin eyniadlı inzibati mərkəzi Safi şəhərində təxminən 70 ev və mağaza su altında qalıb, avtomobilləri su aparıb, yollar ziyan çəkib.

Daha əvvəllər 14 nəfərin öldüyü, 32 nəfərin yaralandığı bildirilib.