Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası (ASK) arasında 2026–2028-ci illəri əhatə edən Baş Kollektiv Saziş üzrə işlər yekun mərhələdədir.
“İki sahil” xəbər verir ki, bunu ASK-nın prezidenti Məmməd Musayev AHİK-in VIII qurultayında bildirib.
"Bu saziş sosial tərəfdaşlığın inkişafında əsas sənədlərdən biri hesab olunur, əmək münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır, sosial dialoq mədəniyyətinin təkmilləşdirilməsinə, əmək bazarında dayanıqlı mühit formalaşmasına töhfə verəcək. Saziş dövlət, işçi və işəgötürənlər arasında əməkdaşlığın gücləndirilməsinə, əmək münasibətlərində balansın qorunmasına xidmət edir",- deyə o qeyd edib.