16 dekabr 2025 16:49
132

İlin ən yaxşı qapıçısı

İtaliyanın Futbol üzrə Milli Komandasının üzvü Canluici Donnarumma FİFA tərəfindən ilin ən yaxşı qapıçısı seçilib.

“İki sahil” xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.

İtaliyalı qolkiper ötən mövsümdə “PSJ”nin heyətində Çempionlar Liqasının, eləcə də Fransa çempionatı və kubokunun qalibi olub.

İtaliyalı futbolçu Çempionlar Liqasındakı 17 matçın 15-də meydanda olub, onların 6-da qapısını toxunulmaz saxlamağı bacarıb.

Donnarumma eyni zamanda turnirin rəmzi yığmasına da daxil edilib.