18 dekabr 2025 15:28
187

YAP Bərdə rayon təşkilatı  şahmat üzrə rayon birinciliyi keçirib

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatı "Konstitusiya və Suverenlik İli" çərçivəsində  şahmat üzrə rayon birinciliyi keçirib. 

“İki sahil” xəbər verir ki, yarışda müxtəlif yaş kateqoriyasından olan YAP üzvləri təmsil olunub.

Öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyimiz uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yarısın açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Açılışda çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya  yarış iştirakçılarına uğurlar arzulayaraq  gənclərin idmana olan maraq və sevgisinin  artırılmasının Müzəffər Liderimiz cənab İlham Əliyevin rəhbərliyi altında dövlətin əsas prioritet istiqamətlərindən biri olduğuna   diqqət çəkib, bu sahədə gənclərimizin dünya arenasındakı uğurlarının  qururverici olduğunu bildirib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası hər zaman gənclərin sağlam ruhlu, intellektual inkişafına, milli-mənəvi dəyərlərə malik məsuliyyətli vətənpərvər övlad olaraq yetişməsinə böyük önəm verir.

Yarisda şahmatçılar püskatma yolu secilərək oyuna başlayıblar.  Yekunda şəhər 7 saylı tam orta məktəbin müəllimi Fəxri Əliyev rayon birincisi olub.  Alpout kənd tam orta məktəbin müəllimi Akif ikinci, Bərdə Uşaq Şahmat Məktəbinin müəllimi İlnarə Həsənli üçüncü yer tutublar.

YAP Bərdə rayon təşkilatın sədri Faqət Şadlinskaya yarış qaliblərini  təşkilatın Diplom və hədiyyələri ilə mukafatlandırıb.