19 dekabr 2025 10:23
89

“Şahdağ” Turizm Mərkəzinin ərazsindəki otellər 3 günlük paketlər təklif edir

Qarşıdan gələn bayram günləri ilə əlaqədar “Şahdağ” Turizm Mərkəzinin ərazsindəki otellər 3 günlük paketlər təklif edir. Bu paketlərin qiymətləri 1435 – 2200 manat arasındadır. Qiymətlər otel və təqdim edilən bayram proqramından aslı olaraq dəyişir.

“İki sahil” xəbər verir ki, bu barədə “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov məlumat verib. Rüstəm Nəcəfov bildirib ki, bayram günləri üçün turizm mərkəzindəki otellərdə bütün yerlər öncədən tam sifariş edilib.

Şahdağ Turizm Mərkəzində eyni vaxtda 1500 nəfər qonağın gecələməsi üçün imkan var. Burada təqdim olunan xidmətlərdən isə eyni zamanda 10 min turist faydalana bilər.