Azərbaycandan yola salınan neft məhsullarının ilk partiyası Ermənistana çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sosial şəbəkə hesablarında açıqlayıb.
Onun sözlərinə görə, benzin yüklü 22 vaqon Gürcüstan-Ermənistan sərhədini keçib.
Xatırladaq ki, dekabrın 18-də 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı Ağstafadan Gürcüstana yola salınmışdı.