19 dekabr 2025 15:42
81

Ukrayna ilk dəfə bu əməliyyatı Aralıq dənizində həyata keçirdi

Ukrayna Təhlükəsizlik Xidməti ilk dəfə Aralıq dənizinin neytral sularında Rusiyanın "kölgə donanması"na aid tankeri vurub.

“İki sahil” "RBK-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbələr bildirib.

"Aralıq dənizinin neytral sularında çoxmərhələli tədbirlərin nəticəsi olaraq, Ukrayna Təhlükəsizlik Xidmətinin "Alfa" xüsusi əməliyyatlar mərkəzi pilotsuz uçuş aparatları ilə Rusiyanın "kölgə donanması"na aid "QENDIL2" tankerini vurub", - məlumatda qeyd olunub.

Bildirlib ki, xüsusi əməliyyat zamanı Rusiya gəmisi heç bir yük daşımırdı və boş idi. Qeyd edilib ki, müvafiq olaraq, bu hücum regionun ekoloji vəziyyətinə heç bir təhlükə yaratmayıb.

"Hücum nəticəsində "QENDIL" tankeri kritik zədələr alıb və təyinatı üzrə istifadə edilə bilmir", - mənbə vurğulayıb.