Naxçıvanda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Komissiyanın iclası keçirilib.
“İki sahil” xəbər verir ki, iclasda "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın üzvləri iştirak edib.
Komissiyanın sədri, Baş nazirinin müavini Şahin Mustafayev Prezident İlham Əliyevin Naxçıvanın inkişafına xüsusi diqqət göstərdiyini vurğulayaraq qeyd edib ki, muxtar respublikaya böyük investisiyalar yönəldilir, o cümlədən su təchizatı sahəsində məqsədyönlü tədbirlər görülür. Ölkə başçısının tapşırığına uyğun olaraq muxtar respublika əhalisinin su təminatının yaxşılaşdırılması qarşıya mühüm vəzifə kimi qoyulub.
Naxçıvan MR-da Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın prioritet istiqamətləri sırasında əhalinin içməli və suvarma suyu ilə təminatının təkmilləşdirilməsi tədbirlərinin də öz əksini tapdığını vurğulayıb. Qeyd edib ki, komissiya üzvlərinin iştirakı ilə aparılacaq müzakirələr bu istiqamətdə problemlərin daha əhatəli həllini tapmasına şərait yaradacaq.
Görüşdə muxtar respublikada su təminatı və suvarma sistemlərinin fəaliyyəti qiymətləndirilib, su ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin olunması ilə bağlı aktual məsələlər müzakirə edilib.
Qusar rayonu üzrə 22 428 hektar əkin sahəsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilib
Neft Fondunun 2026-cı il üçün büdcə layihəsinin Prezidentə təqdim olunmasına qərar verilib
Aqrar Sığorta Fondu təsərrüfatlara vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edib