21 dekabr 2025 12:09
100

Polisin əmrinə tabe olmadı, ağır qəza törətdi

Türkiyədə ağır yol qəzası baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Çanaqqala şəhərində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, daha 1 nəfər yaralanıb.

Yaralı xəstəxanaya çatıdırılıb.

Məlumata görə, qəzaya səbəb avtomobillərdən birinin sürücüsünün yol hərəkəti qaydasını pozması olub. Sürücü polisin "saxla" tələbinə tabe olmayıb, nəticədə avtomobil qarşıdan gələn nəqliyyat vasitəsisinin yoluna çıxaraq onunla toqquşub.