Yelisey Sarayı yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putin və Fransa lideri Emmanuel Makron arasında danışıqların aparılması imkanını nəzərdən keçirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə "France-Presse" agentliyi ölkə liderinin administrasiyasına istinadən məlumat yayıb. Məlumatda deyilir ki, Kremlin bu addımı açıq şəkildə dəstəkləməsi yaxşı haldır: "Yaxın günlərdə danışıqların aparılması üçün optimal metodu müəyyən edəcəyik".
Fransa Prezidenti Emmanuel Makron bir müddət əvvəl Brüsseldə keçirilən Aİ sammitindən sonra Avropanın Rusiya ilə dialoqu bərpa etməsinin vaxtının çatdığını bildirib. O, vurğulayıb ki, amerikalı rəsmilərin avropalılar olmadan Rusiya ilə razılaşma şərtlərini müzakirə etdiyi Ukrayna ilə bağlı hazırkı danışıqlar formatı optimal deyil.
İsrail İordan çayının qərbində 11 yeni yaşayış məntəqəsi yaradıldığını bildirib