21 dekabr 2025 17:50
79

İran və Pakistan regional inkişaflar barədə fikir mübadiləsi aparıb

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.

“İki sahil” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti sosial mediada məlumat yayıb.

Söhbət zamanı nazirlər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı nəzərdən keçirib və regional inkişaflar barədə fikir mübadiləsi aparıblar. Hər iki nazir ticarət, kommunikasiya və əlaqələri daha da gücləndirmək öhdəliklərini bir daha təsdiqləyiblər. Onlar həmçinin regional sülh və inkişafı təmin etmək üçün sıx əməkdaşlığı davam etdirməyə hazır olduqlarını vurğulayıblar.