Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
“İki sahil” xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin ofisinin yaydığı bəyanatda deyilir.
Danışıqlar zamanı Ukraynadakı vəziyyət, o cümlədən “istəklilər koalisiyası”nın hərbi planları müzakirə olunub. Qeyd olunur ki, liderlər söhbətə Ukraynadakı müharibənin müzakirəsi ilə başlayıblar. Baş nazir Starmer mümkün sülh razılaşmasının qorunması, eləcə də ədalətli və davamlı atəşkəsin təmin olunması məqsədilə “istəklilər koalisiyası”nın gördüyü işlər barədə Trampa məlumat verib.
Bundan əlavə, Starmer və Tramp Qəzza sektorundakı vəziyyəti də müzakirə ediblər.
Avstraliyada silahlı hücumun qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib