Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığının müxtəlif aspektləri, enerji və biznes sahəsində əməkdaşlıq strateji əhəmiyyətə malikdir.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, nazir ABŞ-nin dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Orla videokonfrans formatında görüş keçirib.
"Cənubi Qafqaz və Xəzər regionunda həyata keçirilən enerji layihələri, qaz nəqli və bu sahədə birgə fəaliyyətin şaxələndirilməsi imkanlarını müzakirə etdik", - deyə o qeyd edib.
IATA Orta Dəhlizdə Azərbaycanın potensialının tam şəkildə üzə çıxarılması üçün şərtləri açıqlayıb
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir