Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Ermənistanla normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıç "X"də yazıb.
Onun sözlərinə görə, "Türk Hava Yolları" (THY) şirkəti 2026-cı il martın 11-dən etibarən İstanbul-İrəvan aviareysini müntəzəm olaraq həyata keçirəcək.
Serdar Kılıç bunu Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində yeni bir addım kimi qiymətləndirib.
Azərbaycan və Türkiyə ilə dəmir yolu əlaqəsi ətrafında fəal siyasi proseslər gedir