23 dekabr 2025 08:12
85

Tramp: Maduro sərt oynasa...

Prezident Donald Tramp ABŞ-ın Venesuela sahillərində ələ keçirdiyi tankerdə olan 1,9 milyon barel nefti saxlamağa davam edəcəyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, o, həmçinin gəmiləri də saxladıqlarını bildirib.

Bu addımlar qarşısında Venesuela Prezidenti Nikolas Maduronun sərt oynayacağı halda, bunun onun sonucu sərt oyunu olacağını bildirib. Tramp Venesuelaya hərbi təzyiqinin sonunda Maduronun hakimiyyətdən getməsinin ən ağıllı addım olacağını vurğulayıb.