23 dekabr 2025 12:46
110

"Azərbaycan Dəmir Yolları"nın istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Dekabrın 30-da "Bakı Fond Birjası" QSC-də (BFB) "Azərbaycan Dəmir Yolları" QSC-nin 30 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“İki sahil” bu barədə Birjaya istinadla xəbər verir.

Məlumata görə, bu gündən qiymətli kağızlara abunə yazılışı başlayıb, dekabrın 29-da başa çatacaq.

Hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 300 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 60 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 7 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində istiqrazları geri satın alması nəzərdə tutulmayıb.