23 dekabr 2025 13:53
102

Fransanın xarici işlər naziri Qrenlandiyanı dəstəkləyib

Fransanın xarici işlər naziri Jan-Noel Barro Qrenlandiyaya dəstək ifadə edərək, adanın Avropanın bir hissəsi olduğunu vurğulayıb.

“İki sahil” xəbər verir ki, Barro bu barədə X sosial şəbəkə hesabında yazıb.

Bu açıqlama ABŞ-da Qrenlandiya üzrə xüsusi elçinin təyin edilməsi fonunda səsləndirilib.

Bundan əvvəl ABŞ lideri Donald Tramp Luiziana ştatının qubernatoru Ceff Lendrini ABŞ-ın Qrenlandiya üzrə xüsusi elçisi təyin edib. Daha sonra Lendri Amerika tərəfinin Qrenlandiyanı öz tərkibinə qatmaq niyyətini təsdiqləyib.

“Qrenlandiya qrenlandiyalılara məxsusdur. Qrenlandiya Avropa ərazisidir”, — deyə Barro X sosial şəbəkəsindəki səhifəsində yazıb.