Ukraynadakı silahlı münaqişənin nizamlanması üzrə Rusiya və ABŞ arasındakı danışıqlar Avropa Birliyinin təzyiqinə baxmayaraq sülhlə nəticələnə bilər.
“İki sahil” xəbər verir ki, bu fikri Macarıstanın Baş naziri Viktor Orban TV2 telekanalına verdiyi müsahibəsində bildirib.
O vurğulayıb ki, belə nəticə tamamilə mümkündür.
“Və o zaman ukraynalıların iştirakı ilə atəşkəs əldə olunacaq, lakin bəlkə daha möhkəm sülh də təmin oluna bilər. Bunun üçün əmin ola bilərik”, — deyə Macarıstan baş naziri qeyd edib.