23 dekabr 2025 14:22
87

Ukraynalılar işləməyən qaz borusu vasitəsilə ÖLKƏDƏN QAÇIRMIŞLAR

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Milli Polis ölkədə müxtəlif bölgələrdə səfərbərlikndən yayınma sxemlərini təşkil edən səkkiz şəxsi saxlayıb.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə SBU məlumat verib.

Qurumun məlumatına görə, şübhəlilər 10-15 min ABŞ dolları rüşvət qarşılığında saxta tibbi arayışlar düzəldir və ya hərbi xidmətə çağırılanları rəsmi keçid məntəqələrindən kənarda xaricə göndərirmişlər.

Zakarpatiyada 62 yaşlı Lvov sakini saxlanılıb. O, səfərbərlikdən yayınanları qərb bölgələrinə aparır və onları işləməyən qaz borusu vasitəsilə Avropa ölkələrinə göndərirmiş. Həmin şəxsləri borunun o biri başında köməkçisi qarşılayırmış.

Odessada hüquq-mühafizə orqanları dörd nəfəri saxlayıb, onlar hərbi çağırışçılardan gizli şəkildə Dnestryanı bölgəyə göndərirmişlər.

Poltava bölgəsində saxta əlillik arayışları satan keçmiş hüquq-mühafizə əməkdaşı tutulub.  Dneprdədə isə iki nəfər hərbi çağırışçıları Avropa ölkələrinə meşə yolları ilə göndərir, onları kamuflyaj geyimlə gizlədirlərmiş.

SBU bildirib ki, saxlanılanlara Ukrayna Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə ittihamlar irəli sürülüb. Onlar 10 ilə qədər həbs və əmlakın müsadirəsi ilə üzləşə bilərlər.