24 dekabr 2025 19:18
91

Orban: Aİ 2022-ci ildə münaqişənin qarşısını ala bilərdi, lakin qarşıdurma yolunu seçdi

Macarıstanın baş naziri Viktor Orbanın Magyar Nemzet nəşrinə verdiyi açıqlamaya görə, Aİ liderləri Co Baydenin prezidentliyi dövründə ABŞ hakimiyyətinin təsiri altında Rusiyaya qarşı qarşıdurma yolunu tutdular, halbuki 2022-ci ildə münaqişənin qarşısını almaq mümkün idi.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

“Əgər bu baş versəydi, bu gün üzərimizdə müharibə təhlükəsi olmazdı”, — deyə o vurğuladı.

Bundan əvvəl Orban bildirmişdi ki, Avropa İttifaqı dağılma vəziyyətindədir və ciddi yenidən təşkilatlanma aparılmasa, mövcudluğunu dayandıra bilər.