Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı tərəfindən "Konstitusiya və Suverenlik ili" çərçivəsində "Əbədi Zəfər yolu: yeni zirvələrə doğru!" adlı təntənəli tədbir keçirilib.
Öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər. YAP Bərdə rayon təşkilatının foyesində Ulu öndər Heydər Əliyevin büstü önündə təşkil edilmiş rəsm sərgisinə baxış keçirilib. Tədbirdə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyimiz və xalqımızın azadlığı yolunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Sonra tədbir iştirakçıları "Əbədi Zəfər yolu: yeni zirvələrə doğru!" adlı video-çarx izləyib.
Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya ətraflı çıxış edərək Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyamızın qəbul edilməsindən Müzəffər Lider cənab İlham Əliyevin rəhbərliyi altında suverenliyimizin bərpasinadək dövlətimizin möhkəmləndirilməsi yolunda aparılan uğurlu daxili və xarici siyasətdən, qazanılmış nailiyyətlərdən danışıb. Bildirib ki, dövlətin tərəqqisi xalqını və dövlətini sevən və onun firavanliğı üçün yorulmadan çalışan müdrik Liderimizin sayəsində mümkün olmuşdur.
Sonra çıxış edənlər rayon Ağsaqqallar şurasının sədri Yaşar Zamanov, şəhid anaları Arzu Hüseynzadə, Əzizə Ədilova, qazi Elnur Möhbalıyev, DOST İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzi Qarabağ evi-şobəsinin müdiri Kamran Kamranlı çıxış edərək Müzəffər Liderimiz cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın qazandığı bütün Zəfərlərin və Qələbələrin təməlində Ulu öndər Heydər Əliyev ideyaları dayanır və biz ona borcluyuq.
Tədbirdə təşkilatın sədri Faqət Şadlinskaya tərəfindən YAP- a yeni üzv qəbul olunanlara YAP üzvlük vəsiqələri təqdim edilib.
Sonda Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə nümayəndəliyinin kollektivinin ifasında Vətən və Zəfər haqqında şer və mahnılar ifa olunub.
Sonda xatirə şəkli çəkdirilib.