24 dekabr 2025 20:51
92

Bolqarıstan məhkəməsi onun ABŞ-yə ekstradisiyasını təsdiqlədi

Bolqarıstan məhkəməsi Rusiya vətəndaşı Sergey İvinin ABŞ-yə ekstradisiyasını təsdiqləyib, vəkil isə qərardan apellyasiya şikayəti verməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiyanın Sofiyadakı səfirliyindən bildirilib

“Ekstradisiya ilə bağlı müraciət hər iki ittiham maddəsi üzrə təmin edilib. Vəkil yaxın vaxtlarda apellyasiya üçün sənədləri təqdim etməyi planlaşdırır”, - deyə, məlumatda bildirilib.

ABŞ-ın tələbi ilə Bolqarıstanda iki Rusiya vətəndaşı — Oleq Olşanski və Sergey İvin saxlanılıb.