25 dekabr 2025 11:18
76

Avtomobildə yanğın olub, 2 yaşlı uşaq ölüb

Siyəzəndə avtomobildə yanğın olub, iki yaşlı uşaq ölüb.

“İki sahil” xəbər verir ki,  dekabrın 24-ü saat 14 radələrində Böyük Həmyə kəndinin ərazisində kənd sakini 1991-ci il təvəlüdlü Hüseynağa Seyfəl oğlu Bağırova məxsus "VAZ-2107" markalı avtomobildə yanğın baş verib. Avtomobilin konstruksiyaları yanıb, içəridə olan H.Bağırovun 2023-cü il təvəlllüdlü oğlu ölüb.

Araşdırma aparılır.