25 dekabr 2025 12:23
83

Bakıda şirniyyat mağazasından oğurluq edən şəxs saxlanılıb

Paytaxtın Nizami rayonunda talama cinayəti baş verib. Rayon ərazisindəki şirniyyat mağazasından 2000 manat nağd pul naməlum şəraitdə oğurlanıb.

“İki sahil” xəbər verir ki, Nizami RPİ 25-ci Polis Şöbəsinə daxil olmuş müraciət əsasında keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 29 yaşlı R.Tarverdizadə müəyyən edilərək saxlanılıb.

Nəsimi rayonunda isə ticarət mərkəzlərinin birindən 4049 manat dəyəri olan mobil telefonu oğurlayan 56 yaşlı L.Həsənov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.