25 dekabr 2025 13:04
328

YAP Daşkəsən rayon təşkilatının ərazi partiya təşkilatında yığıncaq keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı üzrə Gənclər və İdman İdarəsi ərazi partiya təşkilatında  yığıncaq keçirilib.

“İki sahil” xəbər verir ki, yığıncaqda YAP Daşkəsən rayon təşkilatı aparatının məsləhətçisi Sərdar Xıdırov, Regional Gənclər və İdman İdarəsinin Daşkəsən rayonu üzrə sektor müdiri Samir Həsənov, həmin sektorun məsləhətçisi Etibar Verdiyev və başqaları çıxış edərək Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətdən, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan geniş söhbət açıblar.  
   
“Yeni Azərbaycan Partiyasının yerli təşkilatları haqqında” Əsasnamənin 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq sadə səs çoxluğu ilə Samir Həsənov ərazi partiya təşkilatının sədri, Rəşail Babayev isə sədr müavini seçilib.