Ötən il Aktau yaxınlığında vurulan AZAL təyyarəsinin sağ qalan stüardessası Aydan Rəhimli 1 ildən sonra öz işinə qayıdıb.
“İki sahil” xəbər verir ki, bununla bağlı AZAL sosial şəbəkə hesabında paylaşım edib.
“Bəzən sözlər kifayət etmir, amma yol davam edir.
J2-8243 nömrəli Bakı-Qroznı reysi Aydan Rəhimli üçün həyat yolunda yadda qalan bir an oldu.
O, bu gün yaşadıqlarını özü ilə daşıyaraq həyatın davam etdiyini anlayır, işini eyni diqqət və məsuliyyətlə icra edir”? - paylaşımda deyilir.