Şəffaflığın təmin edilməsi isə Fondun fəaliyyət fəlsəfəsinin əsas elementlərindəndir və bir neçə institusional alət vasitəsilə təmin olunur. Fondun maliyyə hesabatları beynəlxalq maliyyə hesabatı standartlarına uyğun hazırlanır və beynəlxalq auditorlar tərəfindən yoxlanılır. Gəlirlər, xərclər, transfertlər və investisiya fəaliyyəti üzrə məlumatlar rüblük və illik əsasda ictimaiyyətə açıqlanır.
Bu fikirləri ARDNF-nin icraçı direktoru İsrafil Məmmədov “İki sahil” qəzetinə müsahibəsində diqqətə çatdırıb.
İcraçı direktor vurğulayıb ki, ARDNF suveren sərvət fondları üçün müəyyən olunmuş Santyaqo Prinsiplərini tətbiq edir və Suveren Fondların Beynəlxalq Forumunun təsisçi üzvüdür ki, bu da şəffaflıq və hesabatlılıq prinsiplərinin idarəetmə proseslərinə sistemli şəkildə inteqrasiyasını dəstəkləyir. Eyni zamanda, şəffaflıq Fond üçün yalnız hesabatlılıq tələbi deyil, həm də institusional etimadı gücləndirən və qərar qəbuletmə prosesində intizamı artıran idarəetmə mexanizmidir. Bu yanaşmanın nəticəsi olaraq ARDNF beynəlxalq səviyyədə şəffaflıq üzrə müxtəlif qiymətləndirmələrdə yüksək mövqe tutmuş, o cümlədən Peterson İnstitutu tərəfindən suveren fondlar üzrə açıqlıq və hesabatlılıq göstəricilərinə görə dünyanın ən şəffaf ilk 10 fondu sırasında yer almışdır.
Daha ətraflı linkdə tanış ola bilərsiniz.
Yaqut Ağaşahqızı, “İki sahil”
ARDNF-nin aktivləri 2025-ci ilin sentyabr ayının sonuna 70,2 milyard ABŞ dollarına yüksəlib
İcraçı direktor: İnvestisiya strategiyasının dəyişən qlobal şəraitə uyğunlaşdırılması strateji vəzifədir
İsrafil Məmmədov: Son illər Neft Fondun beynəlxalq tərəfdaşlıqlarının dərinləşdirilməsi baxımından da əlamətdar olub
Milli sərvətimizdən gələn gəlirlər: DÖVLƏT NEFT FONDU ONU NECƏ QORUYUR?- EKSKLÜZİV