2025-ci ilin əvvəlinə 60,0 milyard ABŞ dolları təşkil edən ARDNF-nin aktivləri 2025-ci ilin sentyabr ayının sonuna 70,2 milyard ABŞ dollarına yüksəlmişdir. Bu, təxminən 9 ay ərzində 10 milyard ABŞ dollarından çox və ya 17 faizə yaxın artım deməkdir. Qeyd olunan dinamikaya investisiya gəlirləri, bazar qiymətlərinin dəyişimi (o cümlədən qızıl portfelinin dəyər artımı) və neft‑qaz gəlirlərinin ümumi hərəkəti təsir göstərmişdir.
Bunu ARDNF-nin icraçı direktoru İsrafil Məmmədov “İki sahil” qəzetinə özəl müsahibəsində bildirib.
İsrafil Məmmədov qeyd edib ki, Fondun investisiya portfelinin aktiv bölgüsünə əsasən, istiqrazlar və pul bazarı alətləri 34,7%, səhmlər 25,8%, qızıl 32,8%, daşınmaz əmlak və infrastruktur isə 6,7% paya malikdir. Bu struktur təsadüfi deyil və Fondun mandatından irəli gələn bir neçə məqsədi eyni vaxtda təmin etməyə yönəlib. Belə ki, istiqrazlar və pul bazarı alətləri portfelin likvidlik dayağı kimi çıxış etməklə transfert öhdəliklərinin icrası və bazar volatilliyi şəraitində çevik idarəetmə üçün dayanıqlı baza yaradır. Səhm portfeli uzunmüddətli real gəlirin təmin edilməsinə xidmət edir. Qızıl portfeli isə qlobal qeyri‑müəyyənliklər və inflyasiya risklərinə qarşı qoruyucu komponent kimi çıxış edir. Daşınmaz əmlak və infrastruktur investisiyaları portfelin diversifikasiyasını dərinləşdirir, stabillik və nisbətən dayanıqlı pul axınları hesabına risklərin balanslaşdırılmasına töhfə verir.
Daha ətraflı linkdə tanış ola bilərsiniz.
Yaqut Ağaşahqızı, “İki sahil”
ARDNF suveren sərvət fondları üçün müəyyən olunmuş Santyaqo Prinsiplərini tətbiq edir
İcraçı direktor: İnvestisiya strategiyasının dəyişən qlobal şəraitə uyğunlaşdırılması strateji vəzifədir
İsrafil Məmmədov: Son illər Neft Fondun beynəlxalq tərəfdaşlıqlarının dərinləşdirilməsi baxımından da əlamətdar olub
Milli sərvətimizdən gələn gəlirlər: DÖVLƏT NEFT FONDU ONU NECƏ QORUYUR?- EKSKLÜZİV