26 dekabr 2025 18:40
99

AZAL-da IV "Yüksəliş" müsabiqəsinin qalibi Şahlar Məmmədovla görüş keçirilib

AZAL-da Mentorluq Proqramı çərçivəsində növbəti görüş IV "Yüksəliş" müsabiqəsinin qalibi Şahlar Məmmədovla keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib.

Görüş zamanı AZAL-ın strateji baxışı, şirkətin inkişaf prioritetləri, eləcə də dəyişən aviasiya bazarına uyğunlaşma istiqamətində planlaşdırılan əsas addımlardan bəhs olunub.

Eyni zamanda, hədəflərin reallaşdırılmasında vahid yanaşmanın, daxili koordinasiyanın və dayanıqlı inkişaf prinsiplərinin roluna toxunulub.

Həmçinin komanda işi mədəniyyətinin gücləndirilməsi, müxtəlif komandalar arasında effektiv əməkdaşlığın qurulması və liderlik bacarıqlarının inkişaf etdirilməsi mövzularında fikir mübadiləsi aparılıb.