26 dekabr 2025 22:07
116

ARDNF-nin İcraçı direktoru “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov Mentorluq proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Sənan Mustafayev və Toğrul Yaqublu ilə görüş keçirib.

“İki sahil” xəbər verir ki, görüş zamanı Dövlət Neft Fondunun əsas fəaliyyət istiqamətləri, neft və qaz gəlirlərinin uzunmüddətli və məsuliyyətli idarə olunması prinsipləri, gələcək nəsillər üçün maliyyə ehtiyatlarının qorunmasına yönəlmiş investisiya siyasəti, portfelin diversifikasiyası və risklərin idarə olunmasına dair yanaşmalar barədə qaliblərə ətraflı məlumat verilib. Bununla yanaşı, institusional idarəetmənin gücləndirilməsi, şəffaflığın təmin edilməsi və beynəlxalq təcrübələrin tətbiqi istiqamətində Fond tərəfindən həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.

Görüş çərçivəsində, həmçinin iştirakçıların fərdi inkişaf planları, müasir əmək bazarının tələbləri, eləcə də liderlik və peşəkar kompetensiyaların formalaşdırılması mövzularında fikir mübadiləsi aparılıb.