27 dekabr 2025 10:06
96

Klublar üzrə ilin ən yaxşı baş məşqçisi-Luis Enrike

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) klublar üzrə ilin ən yaxşı baş məşqçisinin adını açıqlayıb.

“İki sahil” xəbər verir ki, siyahıda birinci yeri PSJ-nin (Fransa) baş məşqçisi Luis Enrike (222 xal) tutub. "Çelsi"nin (İngiltərə) baş məşqçisi Entso Mareska (60 xal) ikinci, "Barselona"nı (İspaniya) çalışdıran Hans-Diter Flik isə (57 xal) üçüncü yerdə qərarlaşıb.

İlk "5-lik"də həmçinin "Bavariya"dan (Almaniya) Vensan Kompani (42 xal) və "Arsenal"dan Mikel Arteta (24 xal) yer alıblar.