27 dekabr 2025 10:49
103

Astanada bayramla bağlı tədbir keçirilib

Qazaxıstanın paytaxtı Astanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının təşəbbüsü ilə təşkil edilən mərasim diaspor nümayəndələrini, gəncləri və ictimaiyyəti bir araya gətirib. Assosiasiyasının Astana filialının sədri Baxış Quliyev çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların birliyi və həmrəyliyinin rəmzi olduğunu vurğulayıb.

Görüş zamanı diasporun və Assosiasiyasının gənclər qanadının fəal üzvlərinə Azərbaycan-Qazaxıstan dostluq əlaqələrinin inkişafına verdikləri töhfəyə görə təşəkkürnamələr təqdim edilib.

Tədbir Qazaxıstan və Azərbaycan mahnılarının səsləndirildiyi konsert proqramı ilə başa çatıb.