27 dekabr 2025 21:59
83

Göygölə güclü qar yağıb

Göygöl rayonunda axşam saatlarından etibarən yağan yağış qara çevrilib.

“İki sahil” xəbər verir ki, güclü qar səbəbindən Göygöl–Toğanalı–Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Hazırda yolda hərəkət qismən təmin olunur, lakin bəzi avtomobillər yolda qalıb. Qar yağması davam edir.