27 dekabr 2025 23:04
93

Sabirabadda avtomobil kanala aşıb

Sabirabadda avtomobil kanala aşıb, ölən var.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Əsədli kəndi ərazisində baş verib. Belə ki, kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Araz Adil oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib, avtomobil kanala düşüb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.