29 dekabr 2025 12:13
108

Gəncə stadionu oyunlar üçün NƏ VAXT HAZIR OLACAQ?

Düşünürəm ki, Gəncə şəhər stadionu aprel və may aylarında oyunlar üçün hazır olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov ilin yekunları ilə bağlı jurnalistlərlə ənənəvi görüşü zamanı məlumat verib.

O, stadionun müasir stadionlara cavab verdiyini bildirib: “Bəzi işlərimiz qalıb. Stadionun oyunlar üçün hazır vəziyyətə gəlməsi üçün əlimizdən gələni edəcəyik. Qaçış zolağı çəkmək istəyirik. Amma bu da hava şəraitindən asılıdır. Ona görə də gözləməliyik. Yağışlı havalarda bu, bir qədər çətin olur. Müasir standartlara cavab verən stadiondur. Həm azarkeşlər, həm futbolçular üçün yaxşı şərait var”.