Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatında fasilə olacaq.
“İki sahil” xəbər verir ki, "Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, bu gün şəhərin Yaşıldərə yaşayış massivinin bir hissəsində d89 mm-lik qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq. Bununla əlaqədar 11:00-dan etibarən qeyd olunan ərazidə ümumilikdə 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qazın verilişi təmir işləri başa çatdırıldıqdan sonra bərpa ediləcək.
“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib
Məişət zorakılığından əziyyət çəkənlərin mühafizə orderi üçün rüsum ödəməməsi III oxunuşda qəbul edilib