Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 358,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın dekabr sayında bildirilir. Bildirilir ki, bu, 2024-cü ilin ilk 11 ayı ilə müqayisədə 24,5 milyon ABŞ dolları və ya 6,4 % azdır.
11 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.