Ədliyyə Nazirliyinin təşkilatçılığı, Məhkəmə-Hüquq Şurası və Ali Məhkəmənin birgə dəstəyi ilə hakimlər üçün mülki hüquq və mülki proses, həmçinin inzibati hüquq və prosesi üzrə təlimlər keçirilib.
“İki sahil” xəbər verir ki, təlimlər Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin professoru Azər Əliyev, həmin Universitetin Hüquq texnologiyaları laboratoriyasının rəhbəri, professor Konstantin Branovitskiy, Almaniyanın Berlin şəhərinin inzibati məhkəməsinin hakimi Jorg Pudelka tərəfindən keçirilib.
Hakimlərin təlimçi kimi inkişaf etdirilməsi və sonradan həmin hakimlər vasitəsilə digər hakimlərin və hakimliyə namizədlərin bilik və bacarıqlarının artırılması məqsədilə təşkil edilən təlimlərdə müxtəlif instansiyalar üzrə 32 hakim iştirak edib.
Ölkəmizdə hakim korpusunun komplektləşdirilməsi, məhkəmə hakimiyyətinin peşəkar hakimlərlə təmin edilməsi və bu çərçivədə hakimlərin hazırlığının təkmilləşdirilməsi məqsədilə hakimliyə namizədlərin ilkin uzunmüddətli təlimi və hakimlərin davamlı tədrisi Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib
Məişət zorakılığından əziyyət çəkənlərin mühafizə orderi üçün rüsum ödəməməsi III oxunuşda qəbul edilib