Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın özəl şirkətləri arasında qeyri-neft məhsullarının ən böyük ixracatçısı "Azerbaijan International Mining Company Limited" MMC olub.
“İki sahil” xəbər verir ki, Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, şirkətin qeyd olunan dövrdə ixracı 112 milyon ABŞ dolları (il ərzində 3,4 dəfə və ya 78,9 milyon ABŞ dolları çox) təşkil edib.
Hesabat dövründə Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən 10 özəl şirkət 528,6 milyon ABŞ dolları məbləğində ixrac həyata keçirib ki, bu da ötən ilin eyni dövrü (333,4 milyon ABŞ dolları) ilə müqayisədə 58,55 % və ya 195,2 milyon ABŞ dolları çoxdur.
Qeyri-neft məhsulları ixrac edən ən böyük 10 Azərbaycan şirkəti:
|
Şirkət |
2025-ci ilin yanvar-noyabr aylarında ixracın həcmi (milyon ABŞ dollar ilə) |
2024-cü ilin yanvar-noyabr aylarında ixracın həcmi (milyon ABŞ dollar ilə) |
Faiz fərqi |
|
"Azerbaijan International Mining Company Limited" şirkətinin Azərbaycandakı nümayəndəliyi |
112 |
33,1 |
238,37% |
|
"Prime Cotton" MMC |
99,5 |
90,8 |
9,58% |
|
"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC |
56,9 |
37,7 |
50,93% |
|
"Baku Steel Company" QSC |
53,7 |
56,8 |
-5,46% |
|
"Export Stream" MMC |
40,2 |
22,8 |
76,32% |
|
"STP Alüminium" MMC |
39,5 |
7 |
464,29% |
|
"Tabaterra" QSC |
39,3 |
30,8 |
27,60% |
|
"UYTROP" MMC |
29,5 |
0 |
- |
|
"Khan-El" MMC |
29,1 |
28,4 |
2,46% |
|
"P-Aqro" MMC |
28,9 |
26 |
11,15% |