30 dekabr 2025 13:12
99

Bu il 40 özəl təhsil müəsissəsi lisenziyalaşdırılıb

Bu il 40 özəl təhsil müəsissəsi lisenziyalaşdırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin 2025-ci il üzrə hesabatında yer alıb.

Hesabata əsasən, Təhsildə Keyfiyyətə Təminat Agentliyi 40 özəl təhsil müəsissəsinin (26 məktəbəqədər, 6 ümumi təhsil, 8 əlavə təhsil müəssisəsi) təhsil fəaliyyətinin lisenziyalaşdırılması ilə əlaqədar sahə baxışlarında və rəylərin formalaşdırılmasında iştirak edib.