30 dekabr 2025 16:28
113

Prezident Azərbaycanla Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Əlavə Protokolu təsdiq edib

Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında peşə təhsilinə dair Əlavə Protokolu təsdiqləyib.

“İki sahil” xəbər verir ki, dövlət başçısının imzaladığı sənəddə deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il sentyabrın 23-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol" təsdiq edilsin".