30 dekabr 2025 21:36
85

Naxçıvanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə atəşfəşanlıq olacaq

Naxçıvan şəhərində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə atəşfəşanlıq olacaq.

“İki sahil” xəbər verir ki, sabah Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Naxçıvan şəhərinin mərkəzi meydanında, Heydər Əliyev prospektində möhtəşəm Yeni il şənliyi təşkil olunacaq.

Bayram tədbiri çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərovun iştirakı ilə bayram konsert proqramı, eləcə də atəşfəşanlıq təşkil olunacaq. Bununla yanaşı, muxtar respublikanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Filarmoniyasının solistləri və rəqs kollektivləri maraqlı çıxışlarla tədbirə rəng qatacaqlar.