31 dekabr 2025 21:53
112

Şuşada Həmrəylik Günü və Yeni il münasibətilə konsert təşkil olunub

Şuşa şəhərindəki “Güllü bağ”da 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram konserti keçirilib.

“İki sahil” xəbər verir ki, sakinlərin sevinci, bayram əhval-ruhiyyəsi, səslənən musiqi sədaları bayram konsertini daha da rəngarəng edib.

Əməkdar artist İlkin Əhmədovun, məlahətli səsi ilə insanları heyran edən Günay İmamverdiyevanın və müğənni Məbud Əhmədovun ifa etdiyi mahnılar, “Qarabağ” triosunun səsləndirdiyi musiqi əsərləri alqışlarla qarşılanıb. Şaxta baba və Qar qızın gəlişi uşaqların sevincinə səbəb olub.